Dağıstanlı samboçu Həbib Nurməhəmmədovun ABŞ-dan qayıdış tarixi hələ məlum deyil.

Open.az "TASS"a istinadən xəbər verir ki, döyüşçünün qonorarla bağlı məsələsi də həll edilməyib. Bu barədə Nurməhəmmədovun məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov bildirib.

"Maliyyə məsələləri həll olunmayıb. Özü də bilmir ki, nə baş verir. Amerikadan saat 9-da qayıtmalı idi. Nə vaxt Dağıstana qayıdacağını bilmirəm", - deyə Nurməhəmmədovun atası söyləyib.

Xatırladaq ki, Nurməhəmmədov bazar günü Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub. Döyüşdən sonra Nurməhəmmədovun özü də daxil olmaqla, hər iki komandanın nümayəndələri arasında dava baş verib.

ABŞ-ın Nevada ştatının atletika komissiyası hadisə ilə bağlı araşdırma aparacaq. UFC-nin prezidenti Deyn Uayt bildirib ki, rusiyalı döyüşçü prosesin başa çatmasına qədər qonorar almayacaq.

Gülnar Qafarlı