UFC çempionatında irlandiyalı döyüşçü Konor Makqreqora qalib gələn dağıstanlı samboçu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdüləziz döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib.

Open.az xəbər verir ki, bu barədə "Sovetskiy sport" saytı məlumat yayıb.

"Mən Həbib qardaşımı qələbəsi münasibətilə təbrik etmək istəyirəm. İki kraldan yalnız biri qalib olmalıdır. Bu o üsul deyil, hansı ki, biz belə hökmranlıqla qələbəni bayram etmək istəyirdik. Ancaq Konorun komandası bizim ölkəmizi, dinimizi, ailəmizi təhqir etdi. Mən etdiyim hərəkətə görə Nevada ştatının Atletika Komisiyyasından üzr istəyirəm", - deyə Nurməhəmmədovun meneceri bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov ötən gün Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib.

Gülnar Qafarlı