Bir müddətdir "Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidanın adı "Mançestr Yunayted"lə birlikdə hallanır.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı Zidanın meneceri Alen Migliaccio açıqlama verib.

O, yayılan iddiaları təkzib edib: "Zidan psixoloji olaraq çox yorğundur və bu il dincələk. Ona görə bu qərarından dönməyəcək. Digər tərəfdən, İngiltərəyə gedəcəyini də düşünmürəm. Çünki oradakı futbol onun tərzinə uyğun deyil. Zidanla bu mövzu haqqında danışmışdım və Böyük Britaniyada bir komandada çalışmaq onu cəlb etmir".

Gülnar Qafarlı