Böyük Britaniyanın kral ailəsinin keçmiş mühafizəçisinin komüterində 10 mindən çox uşaq porno görüntüləri ortaya çıxıb. Keçmiş mühafizəçi Timoti Murfittin eləcə də heyvanlara təcavüz etdiyini sübut edən fotoların da olduğu öyrənilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın kral ailəsində bir dövr Şahzadə Harrinin mühafizəçisi olmuş Timoti Murfittin kompüterində uşaq pornoqrafiyasını əks etdirən görünütülər tapılıb.

10 minə yaxın videonun yerləşdiyi Murfittin kompüterində heyvanlara təcavüz etdiyi əks olunan fotolar da ortaya çıxıb.

Murfitt iddiaları rədd edərkən o görüntülərin necə kompüterində mövcud olmasını xatırlamadığını, əsgərlik vaxtı yaşadıqlarından dolayı, aldığı travmadan sonra stress pozğunluğu yaşadığını iddia edib. Hadisə İngiltərəni sarsıdarkən əsl şok Murfittin hərbi xidmət zamanı nümunəvi əsgər olması səbəbindən həbsdən azad olunması olub. O 6 ay azadlıqdan məhrum olunub.