Ötən gün ABŞ-ın Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında keçirilən qaydasız döyüş hələ də gündəmi zəbt edib.

Open.az xəbər verir ki, döyüşün qalibi olan Həbib bu dəfə bahalı avtomobililəri ilə diqqətləri cəlb edib. Ulduz döyüşçünün ilk avtomobili “Lada Priora” olub. Nurməhəmmədov sevdiyi avtomobili imkansızlıq ucbatından satıb.

Daha sonra Həbib “Mercedes-Benz W124 300E” markalı avtomobilini alıb. İllər ərzində keçirdiyi döyüşlərdən kifayət qədər pul toplayan idmançı üçün artıq bahalı avtomobillər xəyal deyil.

Ona ilk lüks avtomobili “Mercedes-AMG GT”ni bir iş adamı hədiyyə edib. Təəssüf ki, onun bu avtomobillə də yolu çox uzun olmayıb. Həbibin dostu bir günlük ona verilən avtomobillə qəzaya düşərək, maşını yararsız hala salıb. Çox keçmədən sürət həvəskarı olan Həbib özünə “Ferrari California” markalı avtomobil alıb.

Qeyd edək ki, onun bu avtomobili 455 at gücünə malikdir. Hazırda idmançının avtomobil kolleksiyasının son nümayəndəsi "Toyota Land Cruise J 200"dür.