ABŞ-ın keçmiş prezidenti Corc Buşun qızı Barbara Buşun toyu olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Barbara aktyor-ssenarist Kreyq Koynla ailə qurub.

Qeyd edək ki, Barbara Buş 2008-ci ildə təşkil etdiyi səhiyyə təşkilatının baş direktoru olub. O, toyu ərəfəsində ailəsinə daha çox vaxt ayırmaq üçün vəzifəsindən istefa verib.