30 Avropa ölkəsini əhatə edən bir araşdırma aparan Alman araşdırma şirkəti olan "Statista"ya görə Avropanın ən bahalı ölkəsi İslandiya, ən ucuz ölkəsi isə Bolqarıstandır.

Open.az xəbər verir ki, Alman bazar araşdırma və statistika qurumu "Statista" tərəfindən 30 Avropa ölkəsini əhatə edən tədqiqatda Avropanın ən bahalı ölkəsi İslandiya, ən ucuz ölkəsi isə Bolqarıstan olduğu müəyyən olub.

Araşdırmaya görə Avropanın ən bahalı ölkəsi olan İslandiya son 17 ildə 33.9 faiz bahalaşma yaşanılan ölkə olub.

İsveçrədə son 17 ildə yüzdə 29 nisbətində bahalılıq artımı müşəhidə olunub. Ən bahalı üçüncü Avropa ölkəsi Norveç, dördüncü Danimarka, beşinci yerdə isə Lüksemburq qərarlaşıb.

Ən ucuz ölkələrin başında 44 faiz nisbəti ilə Bolqarıstan gələrkən, ölkədə son 17 ildə 12.5 nisbətində bahalılıq yaranıb. İkinci ən ucuz ölkə 48.4 faiz ilə Rumıniya, 53.2 faiz nisbəti ilə Polşa, 58,5 faiz nisbəti ilə Macarıstan və 60,2 faiz nisbəti ilə Litva ən ucuz ölkələrin ilk beşliyində yer alıb.