Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyununda Xorvatiya və İngiltərə milliləri qarşılaşıblar.

Open.az xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda keçirilən matçda Xorvatiya millisi İngiltərə üzərində qələbə qazanıb.

Beləliklə, Xorvatiya yığması tarixində ilk dəfə finalda oynamaq hüququ qazanıb.

Oyunun 5-ci dəqiqəsində İngiltərə millisinin oyunçusu Kieran Tripperin cərimə zərbəsindən baxımlı qola imza atıb komandasının hesabda irəli çıxarıb. İkinci hissədə isə Xorvatiya özündə güc taparaq çətin də olsa hesabda önə çıxmağı bacarıb. Belə ki, 68-ci dəqiqədə Xorvatiyanın futbolçusu İvan Perişiç hesabı bərabərləşdirib. Oyunun əsas vaxtı bu hesabla da bitib. Əlavə olunmuş ikinci hissənin 4-cü (109-cu) dəqiqəsində isə Xorvatiyanın təcrübəli oyunçusu Mario Mandzukiç komandasının qələbə qoluna imza atıb.

Qeyd edək ki, oyunu Türkiyəli referi Cüneyt Çakır idarə edib.