Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Open.az xəbər verir ki, Klubun mətbuat xidmətindən bildiriblər ki, sonuncu mövsümü İsrailin “Hapoel Raanana” komandasında keçirən əslən azərbaycanlı Əli Babayev “Sumqayıt” ilə ikiillik müqavilə imzalayıb. O, “Sumqayıt” klubunda 99 nömrəli formada çıxış edəcək.

İyirmi səkkiz yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız “Hapoel Raanana”da forma geyinib. İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə fərqlənən Əli Babayev sonuncu mövsümdə 19 rəsmi oyunda yer alıb.