Sabah Rusiyada keçirilən Dünya Çempionatının yarımfinalında Fransa ilə Belçika qarşı-qarşıya gələcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, finala yüksələcək ilk komandanın təyin olunacağı mübarizəyə Saint-Peterburq stadionu ev sahibliyi edəcək.

Saat 22:00-da başlayacaq qarşılaşmanın hakimi Uruqvay Futbol Federasiyasından Andres Cunha olacaq.

Yarımfinalın digər matçında isə Xorvatiya ilə İngiltərə qarşı-qarşıya gələcək.

Yarımfinal proqramı

10 iyul:

22:00 Fransa-Belçika (Saint-Peterburq Stadionu)

11 iyul:

22:00 Xorvatiya-İngiltərə (Luzhniki Stadionu)