Saatlıda 3,1 bal gücündə zəlzələ olub.

Open.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 03:29-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 24 km olub. Zəlzələ hiss olunmayıb.