Dünya Çempionatına ev sahibiliyi edən Rusiya ilə Səudiyyə Ərəbistanı 25 ildən sonra qarşı-qarşıya gələcək.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, paytaxt Moskvadakı "Luzhniki" arenasında keçiriləcək qarşılaşma sabah 8:00-da başlayacaq.

Qarşılaşmanı argentinalı hakim Nestor Pitana idarə edəcək. Rusiya və Səudiyyə Ərəbistanının yer aldığı A Qrupunun digər oyununda isə 15 iyun Misir ilə Uruqvay üz-üzə gələcək.

Qeyd edək ki, tarixində yalnız bir dəfə xüsusi matçda qarşılaşan iki qrupun yeganə görüşü 1993-cü ildə olub.