“Real Madrid”in portuqaliyalı ulduzu Kristian Ronaldo “Facebook”da yayımlanacaq bir serialın prodüseri olacaq.

Open.az “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, sözügedən serialda Nyu-York yaxınlığındakı bir qəsəbədə gənc qızlardan ibarət futbol komandasının macəralarına yer veriləcək. Onların ailə, dostluq, məhəbbət və uğur hekayələrindən bəhs ediləcək.

Ronaldo ekran işi ilə bağlı sosial şəbəkə hesabında açıqlama verib: "Bu serialının prodüseri olduğum üçün xoşbəxtəm. Mənim üçün inanılmaz təcrübə olacaq. Həyatım serialdadakı qızların həyatı ilə bənzəyir”.