“Real Madrid”in portuqaliyalı ulduzu Kristian Ronaldonun sevgilisi Georgina Rodriqezlə nişanlandığı dedi-qoduları yayılıb.

Open.az xəbər verir ki, bunun səbəbi isə Georginanın paylaşdığı fotodakı detal olub.

Onun sol əlində nişan üzüyünün olması diqqət çəkib. Ronaldoya öpüş göndərən sevgilisi videoda barmağını xüsusilə göstərib.

Cütlüyün pərəstişkarları onlardan rəsmi açıqlama gözləyir.