İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi “Real”I çalışdıracaq.

Open.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis yeni işinə DÇ-2018-dən sonra başlayacaq. Onunla 3 illik müqavilə bağlanılıb.

Lopeteqi İspaniya millisini 2016-cı ildən çalışıdırır və keçirdiyi 19 oyunda məğlub olmayıb (13 qələbə və 6 heç-heçə).

Klub səviyyəsində o “Portu” ilə, 2008/2009 mövsümündə isə “Real Madrid Kastilyo”nu çalışdırıb.

Lopeteqi 1988-1991-ci illərdə “Real”da qapıçı kimi çıxış edib, lakin cəmi 1 oyunda meydana çıxıb. 1994-1997-ci illərdə “Barselona”nın şərəfini qoruyub, lakin burada da əsas qapıçı olmayıb.