Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Norveçin paytaxı Osloda keçirilən Brilyant Liqanın qalibi olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı idmançı 200 məsafəyə qaçışda rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub.