Avropa Atletika Çempionatında Azərbaycan əsilli Türkiyə millisinin atlet Ramil Quliyev finala yüksəlib.

Open.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlindəki Olimpiya Stadionunda keçirilən çempionatın ikinci gününün axşam seansında meydançaya çıxan Ramil Quliyev, kişilər arasında keçirilən 200 metr yarımfinalında birinci seriyada yarışıb.

Londonda ötən il keçirilən Dünya Çempionatında qızıl medal qazanan milli atlet Ramil Quliyev, 20.33 saniyəlik dərəcəsiylə seriyasını birinci yerdə başa vuraraq finala yüksəlib.

Kişilər arasında 200 metr final yarışı, sabah keçiriləcək.