Avropa Atletika Çempionatında kişilər 200 metrdə Türkiyənin Azərbaycan əsilli milli atleti Ramil Quliyev Avropa birincisi olub.

Open.az xəbər verir ki, Ramil Quliyev, Avropa Çempionatı 200 metrdə 19.76 saniyəlik dərəcəylı qızıl medal qazanıb. Ramil Quliyev bu nəticə ilə çempionat rekordu qırıb.