Karyerasında 92 dəfə Ukrayna Milli Komandasının formasını geyinən əfsanə qapıçı Aleksandr Şavkovski keçmiş qayınanası tərəfindən hücuma məruz qalıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu həmin anların videosunu sosial şəbəkədə yayımlayıb.

O, 2015-ci ildə boşandığı həyat yoldaşının anası Lyubov Pavlovna tərəfindən hücuma məruz qaldığını iddia edib.

Videoda 43 yaşlı keçmiş qapıçıya bir qadın tərəfindən əvvəl daş atıldığı, sonra silahla üç dəfə atəş açıldığı görünüb.