İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Open.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" komandası I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasına rəqib olub. İlk oyun iyulun 10-11-də, cavab görüşü isə 17-18 iyulda olacaq.

1-ci qrup

Səpələnmişlər: APOEL (Kipr), "Qarabağ" (AZƏRBAYCAN), "Şerif" (Moldova), TNS (Uels), "Videoton" (Macarıstan)

Səpələnməmişlər: "Şkendiya" (Makedoniya), "Düdelanj" (Lüksemburq), "Olimpiya" (Lyublyana, Sloveniya), "Suduva" (Litva), "Torpedo" (Kutaisi, Gürcüstan)