Avqustun 7-də futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi ilk matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Belarusun BATE (Borisov) komandası ilə qarşılaşır.

Open.az xəbər verir ki, bu komandalar indiyədək heç vaxt qarşılaşmayıblar. “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandasını mübarizədən kənarlaşdırıb (1:0, 0:0). Ağdamlılar ikinci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubunu iki oyunun nəticəsinə görə üstələyiblər - 0:0, 3:0.

“Qarabağ”-BATE qarşılaşmasının qalibi pley-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək. Mübarizəni dayandıran klub isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) oyununun qalibi ilə görüşəcək.