Xəbər veridyimiz kimi bu gün futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Belarusun BATE (Borisov) komandası ilə qarşılaşıb

Open.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçda “Qarabağ” var gücü ilə qələbə yolunda addımlamağa çalışsa da buna nail ola bilməyib. Beləki matçın birinci hissəsində qonaqlar hesabı açıblar. Oyunun 36-cı dəqiqəsində BATE-nin heyətində Stanislav Draqun adını tabloya yazdırıb. Oyun BATE-nin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələnin qalibi Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.