Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib.

Open.az xəbər verir ki, Azərbaycan klublarından ilk olaraq “Qarabağ” mübarizəyə qoşulub.

Çempionlar Liqasında çıxış edən Ağdam təmsilçisi I təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşıb. İlk oyunu səfərdə keçirən Qurban Qurbanovun yetirmələri Lyublyananın “Stojitse” stadionunda baş tutan qarşılaşmada Vild-Donald Geryenin yeganə qolu ilə qələbə azanıblar.