"Real Madrid"in xorvat ulduzu Luka Modriçin komandadan gedəcəyi iddia edilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya mediasında Modriçin "Real Madrid"də qalacağı irəli sürülsə də, İtalyan mediası məşhur futbolçunun "İnter"ə keçəcəyini bildirib.

Bu barədə "La Gazzetta Dello Sport" qəzeti məlumat yayıb. Xorvat milli komandası ilə Dünya Çempionatında ikinci yerə çıxan və turnirin ən yaxşı oyunçusu seçilən 33 yaşlı ulduz "Real Madrid"in ikinci sədri Xose Angel Sançez ilə görüşüb.

O, görüşdə komandadan ayrılmaq istədiyini dilə gətirib.

Modriçin məsələ ilə bağlı bu yaxınlarda "Real Madrid"in prezidenti Florentino Perez ilə görüşəcəyi qeyd edilib.