Argentina ilə Dünya Çempionatının hazırlıqlarına davam edən "Barselona"nın ulduzu Lionel Messi açıqlamaları ilə gündəmə gəlib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Messi DÇ-dan sonra "Real"dan ayrılacağı bildirilən Kristian Ronaldo və ötən hətfə istefa verən baş məşqçi Zinəddin Zidan haqda danışıb:

"Ronaldonun ağlında nələr olduğunu bilmirəm. Özünə görə doğru bildiklərini edir. "Real"dan ayrılması barədə dəqiq məlumatım yoxdur".

Messi Zidanın "Real"dan ayrılmasının onu çox təəccübləndirdiyi söyləyib: "Təbii ki, öz qərarıdır. Qarşımızdan çəkilməsi yaxşı oldu".