UEFA Çempionlar Liqasının (ÇL) 2017/2018 mövsümü üçün ən yaxşı futbolçu adına namizədlər açıqlanıb.

Open.az "TASS"a istinadəın xəbər verir ki, ən yaxşı futbolçu adına İspaniyanın "Barselona" komandasının argentinalı futbolçusu Lionel Messi, İtalyanın "Yuventus" komandasının portuqaliyalı futbolçusu Kristian Ronaldo, "Liverpul" komandasının misirli futbolçusu Məhəmməd Salah namizəd olub.

Qapıçılardan Alisson Bekker (“Roma”/ “Liverpul”), Canluici Buffon (“Yuventus” / PSJ), Keylor Navas (“Real Madrid”), müdafiəçilərdən Marselo, Serxio Ramos, Rafael Varan (hamısı “Real Madrid”) və yarımmüdafiəçilərdən Kevin de Brüne “Mançester Siti”, Toni Kroos, Luka Modriç (hər ikisi “Real Madrid”) namizədlər arasında yer alıb.

Qeyd edək ki, qaliblərin adları avqustun 30-da ÇL-in 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.