Məşhur futbolçu Lionel Messinin dünya çempionatından sonra Argentina yığmasından gedəcəyi iddia olunub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Messi "Sport" qəzetinə verdiyi müsahibədə ayrılığın siqnalını verib: "Nə olacağını bilmirəm. Qərarım Dünya Kubokundakı uğurumuza bağlıdır"

Məşhur futbolçu ölkə mətbuatını məzəmmət edib: "Milli Komandanın uğurlarına Argentina mətbuatında kifayət qədər dəyər verilmir. Üç final itirdiyimiz bir həqiqətdir. Bir finala yüksəlməyin həqiqi mənasını görmək əvəzinə, Argentina mətbuatında bu müxtəlif şəkildə şərh olunur. Üç finala yüksəlmək asan deyil və buna görə minnətdar olmalıdırlar. Doğrudur, finalı qazanmaq daha da əhəmiyyətdir. Ancaq oraya çıxmaq da asan deyil".