İspanya təmsilçisi "Barselonada" argentinalı ulduz futbolçu Lionel Messi, bu mövsüm kapitan lentini taxacaq.

Open.az xəbər verir ki, İspaniyanın Birinci Futbol Liqası (La Liqaya) komandalarından "Barselona" kapitanı, argentinalı ulduz futbolçu Lionel Messi olub.

Klubdan bildiriblər ki, Yaponiya komandası "Vissel Kobe" transfer olan Andres Iniestadan sonra boş qalan kapitan vəzifəsini yeni mövsümdə Messinin üzərinə götürəcəyi bildirilib.

Argentinalı ulduzun meydançada yer almadığı qarşılaşmalarda Sergio Busquets, Jerar Pique və Sergi Robertokapitan vəzifəsini yerinə yetirəcək.

Lionel Messi, 12 avqust bazar günü Mərakeşdə "Barcelona" ilə "Seviliya" arasındakı İspaniya Super Kubok matçında meydançaya kapitan kimi çıxacaq.

Qeyd edək ki, Messi, 2015-ci ildən bəri komandanın ikinci kapitan rütbəsini daşıyırdı.