Argentinanın əfsanə futbolçularından Dieqo Maradona Belarusun “Dinamo” klubunun prezidenti seçilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirib ki, 57 yaşlı Maradona ilə 3 illik müqavilə imzalanıb.

Əfsanə futbolçu vəzifəsinə Rusiyadakı 2018 Dünya Kuboku yekunlaşdıqdan sonra başlayacaq.

Qeyd edək ki, Maradona “Boca Juniors”, “Neapol”, “Barcelona” və “Seviliya” kimi komandaların formasını geyinib.