İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Lubiales milli komandanın baş məşqçisi Xulen Lopeteqinin tutduğu postdan qovulduğunu elan edib.

Open.Az eurosport.ru-ya istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub. İspan mətbuatının məlumatına görə, "Real Madrid" müqaviləni vaxtından öncə pozduğu üçün federasiyaya 2 milyon avro ödəyəcək.

İspaniya millisinin baş məşqçisi postuna namizədlər sırasında "Barselona"nın eks-məşqçisi Luis Enrike və "Malaqa" klubunun sabiq məşqçisi Miçelin adları var.