"Qalatasaray"dan ölkəsi Fransanın Strasburq komandasına transfer olan Lionel Karole, sarı-kırmızılılar üçün vida mesajı paylaşıb.

Open.az xəbər verir ki, Lionel Karole, şəxsi Instagram hesabından Türkcə paylaşdığı mesajda fikirlərini belə ifadə edib:

"Təşəkkür edirəm.

Aslanlarım vida vaxtı gəldi. Uzun zaman oldu. Yaxşı və xoş olmayan anlarımızı həmişə bir ailə kimi keçirdik. Ən əhəmiyyətlisi də budur. Şərəflə sarı-qırmızı formanı geyindim. Siz məni bu ailənin bir hissəsi kimi görmüsünüz və bubunla da məni çox xoşbəxt etdiniz. "Qalatasaray" üçün meydançaya çıxmaq kimisi yoxdur. Bunu anlamaq üçün onu yaşamaq lazımdır. Mükəmməl keçirdiyim zaman üçün təşəkkür edirəm. Hər zaman sizin üçün ən yaxşısını arzulayıram hara getsəm də. Bir gün aslan, hər gün aslan. Hadi cim bom".

Qeyd edək ki, "Qalatasaray"a 2015-2016 mövsümündə transfer edilən 27 yaşlı fransız hcumçu, 2 mövsüm sarı-kırmızı forma geyinib.