“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Şəhərə və kluba hədsiz dərəcədə minnətdaram”.

Open.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo sabiq klubunun saytında erləşdirilən vida məktubunda ifadə edib. Ulduz futbolçu: " Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm. Bu, möhtəşəm 9 il idi. Hətta unikal idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 “Qızıl top”, 3 “Qızıl buts” əldə etdim. Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. “Real” mənim və ailəmin ürəyimi fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənim olacaq. 9 il öncə dediyim kimi “Yaşasın Madrid” deyə fikrini tamamlayıb.