Bakının "Keşlə" komandasının baş məşqçisi Yuri Maksimov istefa verib.

Open.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ukraynalı mütəxəssis postunu öz istəyi ilə tərk edib.

Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək.

Amma Y.Maksimov bildirib ki, istefası Avroliqadakı məğlubiyyətlə bağlı deyil və klubu, müqavilə şərtləri onu qane etmədiyi üçün tərk edib: “Biz həmin matçda layiqli çıxış etdik. Nəticə oyuna görə deyildi. “Keşlə”ni tərk etməyimin səbəbi odur ki, klub rəhbərliyinin təklif etdiyi müqavilənin şərtləri məni qane etmirdi.

Yeni müqavilə ilə bağlı danışıqlarımız olsa da, imzalanması ləngiyirdi. Müqaviləsiz işləmək isə qeyri-ciddi olardı. Təklif olunan müqavilənin şərtləri məni qane etmirdi”.