İsrail-Qəzza sərhədində yenidən atışma olub.

Open.az “Reuters”ə istinadən xəbər verir ki, cümə namazını sərhəddə qılandan sonra aksiya keçirən fələstinlilərə İsrail əsgərləri güllə yağdırıb.

Onlar əllərində Fələstin bayrağı tutaraq, İsrailin bayrağını yandırıblar. İsrail əsgərlərinin açdığı atəş nəticəsində 6 nəfər yaralanıb.

Qeyd edək ki, Qəzza-İsrail sərhədində 30 martdan başlayan nəhəng aksiyalarda bu günə qədər 33 fələstinli həyatını itirib.