İspaniya komandasına yeni təyin olunan baş məşqçi Xulen Lopeteqin Dünya Çempionatına bir gün qalmış tutduğu postdan azad edilməsi hər kəsi təəccüblənirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya millisininin baş məşqçisi postuna Fernando Yerro gətirilib. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fernando Yerro bir müddət baş məşqçi vəzifəsini yerinə yetirəcək. O "DÇ-2018"dən sonra İspaniya yığmasını tərk edəcək.