İspaniya Kral Futbol Federasiyası çempionatın başlamasına bir gün qalmış məşqçi dəyişikliyinə gedə bilər.

Open.az xəbər verir ki, bu barədə məhşur jurnalist Tankredi Palmeri "Twitter" hesabında məlumat verib.

Ötən gün “Real Madrid”lə razılaşan Lopeteqini “Barselona”nın eks-baş məşqçisi Luis Enrike və “Malaqa”nın sabiq çalışdırıçısı Miçel əvəz edə bilər .İspaniya Kral Futbol Federasiyasının başçısı Luis Rubiales Lopeteqi ilə bu barədə danışmaq üçün Krasnodara yollanıb.

Qeyd edək ki, Lopeteqinin İspaniya millisi ilə müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub.

Xatırladaq ki, “DÇ-2018”in qrup mərhələsində İspaniya millisi Portuqaliya (15 iyun), İran (20 iyun) və Mərakəş (25 iyun) ilə qarşılaşacaq.