Dünya Çempionatında məşhur futbolçu Kristian Ronaldonun penaltisini dəf edərək diqqətləri üzərinə çəkən iranlı qapıçı Əlirza Beyranvandın Türkiyənin "Beştiktaş" klubuna transferinə razılıq verilməyib.

Open.az xəbər verir ki, bu barədə İranın "Persepolis" futbol klubunun sözçüsü Pendar Xumarlu DHA-ya açıqlamasında bildirib.

O, qapıçıları Beyranvandın "Beşiktaş" ya da başqa bir futbol klubuna transferinə icazə verməyəcəklərini bildirib.

Xumarlı iddia edildiyi kimi "Beşiktaş" ilə hər hansı bir danışıqların olmadığını da sözlərinə əlavə edib: "Belə bir təklif gəlsə də, "Beşiktaş" və ya başqa bir kluba cavabımız mənfi olacaq. Mövsümün yarısına qədər Beyranvand daxil olmaqla kimsənin komandadan ayrılmasına icazə verilməyəcək".