İranın paytaxtı Tehran şəhərində "Enqelab" idman kompleksinin qazanxanasında partlayış baş verib.

Open.az İRNA-ya istinadən xəbər verir ki, partlayış zamanı kompleksin 3 işçisi dünyasını dəyişib.

Partlayış binaya ziyan vurmayıb və yanğın baş verməyib.

Hadisənin səbəbləri araşdırılır.