İranın "Persepolis" – "Sepidrood" klubları arasında keçirilən oyununda stadionda maraqlı anlar yaşanıb.

Open.az İran mətbuatına istinadən xəbər verir ki, "Persepolis" komandasının çempionat matçını qaçırmaq istəməyən iranlı qadınlar stadiona daxil olmaq qadağasını kişi cildinə girməklə aradan qaldırıb.

Taxma bığ, saqqal və qaşdan istifadə edərək kişi paltarı geyinən qadınlar, polis nəzarətindən keçib və stadionda daxil olublar. Onların fotoları matçdan sonra ortaya çıxıb.

Qeyd edək ki, uzun illər ərzində İranda qadınların stadiona girib futbol matçını izləməsi qadağan olunub.

Mart ayında stadiona girməyə çalışan 35 qadın azarkeş polis tərəfindən həbs edilib.