“Beşiktaş”ı meydançasında 2-0 məğlub edən “Galatasaray” qalibiyyət sevinci yaşayarkən aldığı xəbərlə sarsılıb.

Open.az “Haber7”yə istinadən xəbər verir ki, klubun prezidenti Mustafa Cengiz matçdan sonra yol qəzası keçirib.

Belə ki, sürücünün istifadə etdiyi avtomobil yolda mikroavtobusla toqquşub.

Yaralanan M.Cengiz xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildirib.