Fransanın Dünya Çempionatının yarımfinalında Belçikanı 1-0 məğlub edərək finala yüksəlməsi paytaxt Parisdə ruh yüksəkliyi ilə qeyd olunub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Paris Bələdiyyəsinin önündə qurulan nəhəng ekranda matçı izləyən 20 min fransız azarkeş ölkələrinin bayraqları ilə həyəcan dolu anlar yaşayıb.

Fransanın finala çıxması Parisdə coşqu ilə qarşılandı - FOTO - VİDEO

Paris küçələrinə axın edən futbolsevərlər qələbəni rəqs edərək qeyd ediblər.

Lion, Strasburq, Marsel başda olmaqla Fransanın bir çox şəhərində final sevinci yaşanıb.

Fransanın finala çıxması Parisdə coşqu ilə qarşılandı - FOTO - VİDEO

Fransanın finala çıxması Parisdə coşqu ilə qarşılandı - FOTO - VİDEO

Qeyd edək ki, bu gün Xorvatiya ilə İngiltərə arasında yarımfinal oyunu keçiriləcək. Fransa oyundan sonra finala keçən komandayla paytaxt Moskvadakı "Luzhniki" stadionunda 15 iyul tarixində qarşı-qarşıya gələcək.