FİFA-nın Rusiyada keçiriləcək Dünya Çempionatından qazanacağı məbləğ məlum olub.

Open.Az "The New York Times"a istinadən xəbər verir ki, “DÇ-2018” FİFA-ya 6,1 milyard dollar qazandıracaq. Təşkilat bu məbləğin 3 milyardını yayım hüquqlarının satışından qazanacaq.

FİFA sponsor sazişlərindən 1,65 milyard dollar əldə edəcək.

Braziliyada keçirilmiş son çempionatda FİFA-nın qazancı 4,8 milyard, 2010-cu ildə CAR-da təşkil olunan mundialdan isə 3,9 milyard olub.