Rusiyada keçirilən Dünya Çempionatındakı matçlarda ekranlara əks olunan qadınlar gözəllikləri ilə diqqət çəkib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, reytinqlərə müsbət töhfə verdiyini düşünən televiziyalar isə bu görüntüləri artırıb.

Sözügedən hal FİFA-nın diqqətindən yayınmayıb və çağırış edib. FİFA-nın davamlı inkişafı üzrə departamentinin rəhbəri Federiko Addekki gözəl qadınların ekranlarda tez-tez görünməsinin cinsiyyətçiliyi artırdığını, matçdan əvvəl və sonra qadınların fiziki təcavüzlərə məruz qaldığını bildirib. Buna görə də gözəl qadınların tez-tez ekranda göstəriləməməsini tələb edib.

Qeyd edək ki, Moskvada rusiyalı fanat canlı yayım zamanı “Deutsche Welle”nin jurnalisti Culyet Qonsales Teranın sinəsindən tutub. Daha sonra ondan üzr istəyib.

Braziliyalı jurnalistlər “Ona işləməyə imkan ver” kampaniyasına başlayıb və bunun üçün sosial şəbəkələrdə #letherwork həştəqi yaradılaraq etirazlar edilib.