2015-ci ildə Dünya Atletika Çempionatında dünya çempionu olan keniyalı atlet Nikolas Bett 28 yaşında həyatını itirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, atlet Nandi şəhərində evinə gedərkən keçirdiyi yol qəzasında nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Nikolas Bett 2015-ci ildə ildə aldığı qızıl medal ilə Keniyada 400 metr maneəli qaçış üzrə dünya çempionu olan ilk ad kimi tarixə düşmüşdü.