ABŞ prezidenti Donald Tramp Avropa şirkətlərinə xəbərdarlıq edərək İranla ticarətin dayandırılmasını tələb edib və bir sıra sanksiyalar həyata keçirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, futbol komandalarının forma və məşq avadanlıqlarına qədər bir çox ehtiyacını ödəyən idman geyim firması "Nike" sanksiya qərarlarına tabe olacağını bildirib .

Beləliklə şirkət İran milli komandasına məhsul tədarük etməyi rədd edib. Markanın sözügedən addımına komandanın texniki direktoru Karlos Queirozdan reaksiya göstərib:

Queiroz Moskva kənarındakı bir məşq zamanı açıqlama verib: "İdmançılar avadanlıqlara öyrəşiblər və bunu mühüm matçlardan bir həftə əvvəl dəyişdirmək düzgün deyil. Bu barədə FİFA-nın yardımını istəyirik".