Rusiyanın paytaxtı Moskvada Futbol üzrə 21-ci Dünya Çempionatı start götürüb.

Open.az xəbər verir ki, açılış mərasimində britaniyalı müğənni Robbi Uilyams və opera ifaçısı Aida Qarifullina çıxış edir.

Dünya Çempionatı start götürdü - CANLI YAYIM - YENİLƏNİB

Dünya Çempionatı start götürdü - CANLI YAYIM - YENİLƏNİB

***

Turnirin açılış oyununda meydana ev sahibi Rusiya və Səudiyyə Ərəbistanı yığmaları çıxıb. "Lujniki" stadionunda baş tutan görüşdə 81 000 tamaşaçı oyunu izləyir.

Komandaların start heyətləri

Rusiya: Akinfeyev (q) (k), Qazinskiy, Qolovin, Dzaqoyev, Jirkov, Zobnin, İqnaşeviç, Kutepov, Səmədov, Smolov, Fernandes

Səudiyyə Ərəbistanı: Əl Muayuf (q), Əl Burayk, Əl-Davsari, Əl-Cassim, Əl-Səhləvi, Əl-Fərəc, Əl-Şəhrani, Əl-Şehri, Otayf, Xəvsavi, O. Xəvsavi (k)

Görüşü argentinalı hakim Nestor Pitana idarə edir.

***

Görüşün 12-ci dəqiqəsində Rusiya millisi hesabı açır. Mundialın ilk qolunu Qolovininin ötürməsindən sonra Yuriy Qazinskiy başla qapıdan keçirir.

Dünya Çempionatı start götürdü - CANLI YAYIM - YENİLƏNİB

***

Matçın 22-ci dəqiqəsində əks-hücum zamanı, Rusiya millisinin əsas oyunçularından biri olan Alan Dzaqoyev zədələnib. Əzələsini dartan Dzaqoyevin əvəzinə meydana Denis Çerişev daxil olub.

Dünya Çempionatı start götürdü - CANLI YAYIM - YENİLƏNİB

***

Rusiya 43-cü dəqiqədə fərqi artırır. Meydana əvəz etmədən daxil olan Denis Çerışev Roman Zobninin ötürməsindən sonra hesabı 2:0 edir. Bu, onun milli komanda da ilk qoludur.

Dünya Çempionatı start götürdü - CANLI YAYIM - YENİLƏNİB

***

Görüşün 71-ci dəqiqəsində Rusiya millisi üçüncü topu ərəblərin qapısından keçirir. Meydana yenicə daxil olmuş Artyom Dzyuba Qolovinin ötürməsindən sonra hesabı bir qədər də artırır. Bu Qolovinin görüşdə ikinci məhsuldar ötürməsidir.

***

Əsas vaxta artırılmış birinci dəqiqədə Denis Çerışev cərimə meydançasının kənarından vurduğu mükəmməl zərbə ilə hesabı 4:0 edir. Bununla da o, çempionatın ilk dubluna imza atır.

***

Görüşün son saniyələrində cərimə zərbəsindən dəqiq zərbə ilə Qolovin görüşdə son nöqtəni qoyur. Turnirin ilk qarşılaşmasında Rusiya Səudiyyə Ərəbistanı 5:0 hesabı ilə darmadağın edir. Aleksandr bu oyunda 1 qol, 2 məhsuldar ötürmə verərək görüşün qəhrəmanına çevrilir.

Rusiya 5 : 0 Səudiyyə Ərəbistanı

Qollar: Qazinskiy (12), Çerışev (43, 90+1), Dzyuba (71), Qolovin (90+4)