DÇ-2018-də yarımfinal mərhələsinə start verilib.

Open.az xəbər verir ki, ilk finalçı Fransa və Belçika yığmaları arasında matçda müəyyənləşib.

Sankt-Peterburqda keçirilən görüşün taleyini 1 qol həll edib. Umtitinin ikinci yarıda vurduğu top Fransanı finala daşıyıb.

“Üçrənglilər” bununla da iyulun 15-də keçiriləcək həlledici qarşılaşmaya vəsiqə əldə edib. Ən azı gümüş medalları təmin edən Fransanın Moskvanın “Lujniki” stadionunda keçirilən finaldakı rəqibi sabah bəlli olacaq.