12 yaşlı moskvalı məktəbli Anqelina Makarova püşkatma zamanı baş hakimi müşayiət edəcək.

Open.Az rus mətbuatına istinadən xəbər verir ki, Daun sindromlu uşaq aktiv şəkildə idmanla məşğuldur, üzgüçükdə müxtəlif nailiyyətlər qazanıb.

Dünya Çempionatının açılışı saat 18:30-da Moskvanın “Lujniki” stadionunda start götürəcək. Açılış mərasimində britaniyalı müğənni Robbi Uilyams və opera ifaçısı Aida Qarifullina çıxış edəcək.

Mərasimdən dərhal sonra Rusiya və Səudiyyə Ərəbistanı yığmaları qarşılaşacaq.

“DÇ-2018”-in açılışını Daun sindromlu məktəbli edəcək