Bu gün Rusiyanın paytaxtı Moskvada Futbol üzrə 2018-ci il Dünya Çempionatı start götürəcək.

Open.az "TASS"a istinadən xəbər verir ki, keçmiş braziliyalı futbolçu Roberto Karlos "DÇ-2018"dən gözləntilərini dilə gətirib:

"Rusiya mənim üçün çox müəmmalı ölkə deyil. Rusiyada keçirilən Dünya Çempionatını Braziliya karnavalları ilə müqayisə etmək olar. Bu ölkədə çox gözəl stadionlar tikilib. Ona görə də əminəm ki, hər şey yüksək səviyyədə keçəcək və hamı evə xoş əhval-ruhiyyə ilə qayıdacaq. Rusiya üçün böyük məsuliyyətdir. Ümid edirəm ki, bu məsuliyyətin öhdəsindən layiqincə gələcək".