İspan nəhəngi "Real Madrid" "Çelsi"nin 26 yaşlı qapıçısı Tibo Kurtuanı komandasına transfer edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Premyer Liqa komandalarından "Çelsi" qapıçının "Real Madrid"ə transfeni təsdiqləyib.

Məsələ ilə bağlı "Real Madrid"dən də açıqlama verilib. Açıqlamada belçikalı qapıçının tibbi yoxlanışdan keçdikdən sonra 6 illik müqaviləyə imza atacağı bildirilib.

"Real Madrid" 26 yaşlı Kurtua üçün "Çelsi"yə 35 milyon avro ödəyib.

Çelsi